Milli İnternet Mükafatı – MilliNet2026 müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb.
Bu il müsabiqəyə 9 nominasiya üzrə rekord sayda – 405 rəqəmsal resurs təqdim edilib. Onlardan 382-si müsabiqəyə qəbul edilib. Ötən illə müqayisədə müsabiqəyə təqdim edilən rəqəmsal resursların sayı 2,3 dəfə artıb.
MilliNet TK bildirir ki, 26 oktyabr tarixdən müsabiqəyə buraxılan resursların 1-ci mərhələ üzrə qiymətləndirilməsinə başlanıb.
Bu il qiymətləndirmə prosesinə onun daha keyfiyyətli aparılması üçün qeydiyyatın başa çatmasından öncə başlanıb. Hazırda qeydiyyat davam edir və 25 noyabrda başa çatacaq.
Milli İnternet Mükafatı - MilliNet2026 müsabiqəsinə 01 oktaybr 2026-cı il tarixdən start verilir. Bu gündən layihələrin qəbulu başlanır.
MilliNet2026 müsabiqəsi 10 Nominasiya üzrə keçiriləcək. Nominasiyalar aşağıdakı kimi təyin edilib: