Haqqında

MilliNet - Milli İnternet Mükafatı

1.1. Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar texnologiya mükafatıdır. Bu mükafat hər il cəmiyyətin müxtəlif sahələrində, sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən rəqəmsal həllərə, milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Milli İnternet Mükafatının əsas məqsədi

2.1. MilliNet-in əsas məqsədi Azərbaycanda internetin, innovasiyaların və İnformasiya Texnologiyalarının (İT) inkişafına dəstək verməkdir
2.2. Ən yaxşı milli rəqəmsal resurslarımızın ölkəmizdə və dünyada tanıtımı etmək, geniş istifadəçi auditoriyasında təbliğini aparmaqdır
2.3. İnternetin və İnformasiya Texnologiyalarının populyarlaşmasına dəstək verməkdir
2.4. Azərbaycan dilinin İKT mühitində tətbiqini genişləndirməkdir

MilliNet -ə dəstək və əməkdaşlıq üçün Təşkilat Komitəsi ilə əlaqə ([email protected]) saxlamağa dəvət edirik.