Layihə haqqında
OLEDDUINO — xüsusi hazırlanmış OLED ekranlı layihələrə yönəlmiş (telemetriya/ölçmə, avtomatlaşdırma və ekranda məlumatın əks olunmasını tələb edən digər DIY electronics layihələr), 100% Arduino IDE ilə uyğun eyni adlı devrə kartı və platformadır.
Biz ideya ilə nəticə arasındakı bütün lazımsız yayındırıcı amilləri aradan qaldıraraq hazır elektron cihazların yaradılmasında giriş nöqtəsini azaltmışıq.
Nəticədə OLED ekranla təchiz olunmuş, istifadəyə hazır proqram təminatı (firmware) və birbaşa brauzerdən asanlıqla yüklənən tam bir cihaz əldə edirsiniz. SDK və ya digər əlavə modulların quraşdırılmasına ehtiyac yox.
Vacib məqam: Oledduino qapalı devrə kartı deyil. Öz kodunuzu yazmaq, mövcud cihazların funksionallığı genişləndirmək istəyən mühəndislər, həvəskarlar və proqramçılar üçün bir vasitə olaraq qalır. Devrə kartı adi Arduino Nano/Mini kimi ekransız da istifadə oluna bilər.
Bonus: Oledduino ekran ramkası (bezel) ilə təchiz olunub və böyük üstünlük verir. Oledduino'ya lazımi sketch yükləyib istənilən korpusa bərkidib cihazın/prototipin ümumi görünüşü tamamlanmış olur. Məktəbli, tələbə və ya DIY Maker üçün idealdır.
OLEDDUINO — bir ekosistem və onlarca hazır cihaz deməkdir.
Layihənin linki
oledduino.az