MilliNet2026 başlandı

MilliNet2026 başlandı


Milli İnternet Mükafatı - MilliNet2026 müsabiqəsinə 01 oktaybr 2026-cı il tarixdən start verilir.  Artıq bu gündən layihələrin layihələrin qəbulu başlanır.

MilliNet2026 müsabiqəsi 10 Nominasiya üzrə keçiriləcək. Nominasiyalar aşağıdakı kimi təyin edilib:

  1. İlin rəqəmsal hökumət həlli
  2. İlin süni intellekt həlli
  3. İlin rəqəmsal təhsil, sosial və sağlamlıq həlli
  4. İlin rəqəmsal bank, maliyyə və fintex həlli
  5. İlin rəqəmsal biznes və e-ticarət həlli
  6. İlin mədəniyyət, turizm və yaradıcı rəqəmsal həlli
  7. İlin innovativ texnoloji həlli
  8. İlin rəqəmsal media və informasiya resursu
  9. İlin rəqəmsal oyunu

    Xüsusi Nominasiya
  10. İlin rəqəmsal siması

İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) qeyd olunan nominasiyalar üzrə təqdim edə bilərlər. 
Qeyd edək ki, MilliNet saytında əvvəlki illər qeydiyyatdan keçənlər yeni hesab yaratmadan sistemə daxil olub layihələrini təqdim edə bilərlər.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 25 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabradək davam eddəcək. Bu il də müsabiqəyə təqdim edilən layihələr faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla, xüsusi meyarlar əsasında qiymətləndiriləcək.

9 Nominasiya üzrə Layihələrin qiymətləndirilməsi münsiflər tərəfindən 2 mərhələdə həyata keçiriləcək.
Xüsusi nominasiyanın qiymətləndirilməsi MilliNet TK tərəfindən sahə üzrə ekspertlərin rəyləri nəzərə alınmaqla müəyyən olunacaq.

Yekun Təqdimat mərasimini dekabr ayının 20-dək keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə qalib gələnlərə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, AzTU və 4SİM Azərbaycan qurumudur.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar AzİnTelecom, ABB İnnovation  və Caspel şirkətləridir.

Sponsorlar SABAH.HUB, B&B SECURITY,  Alas Academy , ULTRA Technologies, Hellojob.az və Mediatrends şirkətidir.

MilliNet-in media tərəfdaşları  Technote Media, TechZone.az və Xəbərlər.az texnoloji media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun  inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.
 

Geniş məlumat: www.millinet.az


MilliNet Təşkilat Komitəsi
www.millinet.az
[email protected]

Yaradılıb: 01-10-2026