Layihə haqqında

Hər yeni tədris ilinin əvvəlində məktəb direktorları və direktor müavinlərinin qarşısında çətin bir planlaşdırma işi dayanır: müəllimlərin dərs yükünü, sinifləri, otaqları və iş qrafiklərini uzlaşdıraraq dərs cədvəli hazırlamaq. Bir müəllimin vaxtında edilən dəyişiklik bir neçə sinfin cədvəlinə təsir edə bilər. Bu proses əl ilə aparıldıqda çox vaxt və zəhmət tələb edir. Xarici cədvəl proqramlarından istifadə də həmişə asan olmur. Dil, proqramın sazlanması və məktəbin tələblərinə uyğunlaşdırılması əlavə texniki bilik tələb edə, məktəb rəhbərliyini kənar mütəxəssisin köməyindən asılı vəziyyətdə qoya bilər. Smart Cədvəl bu prosesi Azərbaycan məktəbləri üçün sadələşdirmək məqsədilə hazırlanır. Hədəfimiz Azərbaycan dilində, yerli tədris qaydalarına uyğun və məktəb rəhbərliyinin özünün rahat istifadə edə biləcəyi məhsul yaratmaqdır. Platforma məktəbin tədris planı, müəllim təyinatları və vaxt məhdudiyyətləri əsasında dərs cədvəlini avtomatik hazırlamağı, toqquşmaların qarşısını almağı və müəllimlərin lazımsız boş saatlarını azaltmağı hədəfləyir. Məqsədimiz rəhbərliyin vaxtını təkrarlanan texniki işlərdən azad edərək təhsilin təşkilinə və keyfiyyətinə daha çox diqqət ayırmasına imkan yaratmaqdır.
Layihənin linki
smartcedvel.az

Smart Cədvəl

Yaradılıb: Nov 25, 2026
Qurucu
Teymur Hajiyev
Teymur Hajiyev
Layihənin kateqoriyası
İlin rəqəmsal təhsil, sosial və sağlamlıq həlli