Layihə haqqında

Time Control kompüter və konsol klublarının gündəlik işini vahid interfeysdə birləşdirən rəqəmsal biznes həllidir. Proqram oyun seanslarının və tariflərin idarə edilməsini, məhsul satışını, ödəniş və xərclərin uçotunu, gəlir, satış və mənfəət üzrə hesabatları bir sistemdə təqdim edir. Həllin əsas fərqləndirici cəhəti biznes uçotu ilə oyun yerlərinin texniki idarə edilməsini birləşdirməsidir. Administrator seansları başladır və uzadır, qalan vaxtı izləyir, uyğun ağıllı rozetkalar vasitəsilə televizorları açıb-söndürür, müştəri proqramı vasitəsilə kompüterləri kilidləyir və kiliddən çıxarır. Çevik tariflər və əməkdaşların giriş hüquqları klubun iş qaydasına uyğun tənzimlənir. Time Control-un məqsədi kağız dəftərlərdə aparılan uçotu rəqəmsallaşdırmaq, təkrarlanan əməliyyatları avtomatlaşdırmaq və klub sahibinə gündəlik fəaliyyət barədə aydın məlumat verməkdir. Əsas seans, kassa və satış məlumatları klubun kompüterində saxlanılır; ehtiyat nüsxə və bərpa imkanları mövcuddur. Azərbaycan dilində interfeys və sayt üzərindən təqdim olunan real proqram ekranları həllin imkanları ilə tanış olmağa şərait yaradır.
Layihənin linki
timecontrol.az
Digər linklər
Proqram turu İş prinsipi Funksiyalar

Time Control — oyun klubları üçün rəqəmsal idarəetmə sistemi

Yaradılıb: Nov 09, 2026
Qurucu
Cavadov Fəhmin
Cavadov Fəhmin
Layihənin kateqoriyası
İlin rəqəmsal biznes və e-ticarət həlli