Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

21.12.2013

Milli Net ‘13 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Milli İnternet Mükafatı Təşkilat Komitəsi bildirir ki, 24 dekabr tarixdə Four Seasons Hotelində Milli Net 2013 qaliblərinin Təqdimat mərasimi keçiriləcək.



Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin Sentyabr ayında start verilib.

Bu il  Milli Net-ə 12 Nominasiya üzrə 401 sayt təqdim olunub və onlardan yalnız 319 sayt yarışmaya buraxılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 12 Nominasiya üzrə 319 sayt arasından ən yaxşılar olan  84 sayt Nominant statusu alıb. Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  Münsiflər Heyəti 2-ci səsvermə prosesində 84 Nominant arasından ən yaxşılarını seçiblər.

Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunacaq, fərqlənənlərə isə diplomlar veriləcək. Qaliblərə və fərqlənənlərə sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunacaq.

Milli Net Qaydalarına uyğun olaraq Münsiflərin hər bir Nominant üzrə verdiyi qiymətlər Təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasiminin  İnternet  vasitəsilə  canlı yayımı nəzərdə tutulub. Canlı yayımı www.millinet.az   saytına daxil olmaqla 24 dekabr tarixdə saat 18.30-dan etibarən izləmək mümkün olacaq.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti Milli İnternet Mükafatına dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
012 492 44 44

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in