MilliNet 2023-də yekun səsvermə başa çatıb

MilliNet 2023-də yekun səsvermə başa çatıb

Milli İnternet Mükafatı – MilliNet 2023 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa  çatıb. Rəqəmsal resursların yekun qiymətləndirmə proses prosesi 10 gün davam edib. Bu il Müsabiqəyə 13 Nominasiya üzrə 222 internet resurs təqdim edilib. Onlardan  yalnız Qaydalara uyğun olan 187 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. 
8 nəfər isə  “İlin rəqəmsal siması” nominasiyasına qəbul edilib.
Bir Nominasiya üzrə rəqabətli mühit formalaşmadığından ləğv edilərək resurslar digər nominasiyalara keçirilib.
Yekun qiymətləndirmə prosesində 1-ci səsvermənin nəticələri əsasında  Nominant statusu qazanan 71 resurs iştirak edib.
Yekun qiymətləndirmədə 15 münsifdən 14-ü iştirak edib.  

MilliNet 2023 müsabiqəsinin yekunu və qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq.

Yekun təqdimat mərasimi  15 dekabr tarixində Holiday İnn Otelində  keçiriləcək.  MilliNet Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı,  hədiyyələr və diplomlar təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də hədiyyələr və diplomlar təqdim olunacaq.
 

Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURESAzİnTelecom,  LenovoKATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUBAlas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODAYeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGYTechnote Media və Xəbərlər.az media resurslarıdır.
 

MilliNet Təşkilat Komitəsi
www.millinet.az