MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

15 dekabr tarixdə Holiday İnn Otelində Milli İnternet Mükafatı - MilliNet 2023  qaliblərinin yekun təqdimat mərasimi keçirilib. 

Tədbirdə  MilliNet Təşkilat Komitəsi adından Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək 15 il ərzində MilliNet-in keçdiyi yol haqqında, cari ildə keçirilən  Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. 

O, MilliNet 2023-də 13 Nominasiya üzrə 222 rəqəmsal resursun müsabiqəyə təqdim olunduğunu və onlardan yalnız 195 resursun  yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 15 nəfərlik  Münsiflər Heyətindən 14-nün sısvermədə iştirak etdiyini bildirib.  Münsiflər Heyətini 2-ci səsvermə prosesində 71 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.

Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, sponsorlara və tərəfdaşalara, MilliNet münsiflərinə minnətdarlığını bildirib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasiminin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxış edərək son zamanlar ölkədə rəqəmsal transformasiya və internetin inkişafı istiqamətində atılan addımlara diqqət yönəldib,  İKT-nin və Azərbaycan İnternetinin  inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan addımların RİNN tərəfindən hər zaman   dəstəkləndiyini diqqətə çatdırıb.

Təqdimat mərasimində  sponsorlar adından çıxış edən CASPEL şirkətinin direktoru Ceyhun Quliyev  MilliNet müsabiqəsinin ölkədə İnternetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq CASPEL  şirkətinin gələcəkdə də texnologiyaların və İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib. 

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Milli İnternet Mükafatları, diplomların və hədiyyələrin  təqdim edilməsinə start verilib.
MilliNet 2023 qalibləri , 2-cü və 3-cü yerləri tutanlarla burada tanış ola bilərsiniz.

Bu il ilk dəfə olaraq MilliNet-in xüsusi nominasiyası , “İlin Rəqəmsal Siması” nominasiyası üzrə də mükafatlar təqdim edilib. Mükafatın sponsoru AzİnTelecom şirkəti olub. Bu Nominasiyaya 8 iddiaçı qatılıb.
Nominasiyanın qalibi ölkədə rəqəmsal transformasiya sahəsində verdiyi töhfələr nəzərə alınmaqla  MilliNet Təşkliat Komitəsi tərəfindən müəyyən olunub.
Ölkədə rəqəmsal transformasiyaya, dövlər xidmətlərinin rəqəmsallaşdırılması və digər dövlət sistemlərinə inteqrasiyası istiqamətində verdiyi xüsusi töhfəyə görə DOST Rəqəmsal İnnovasiya Mərkəzinin direktoru Kənan Əkpərov “İlin Rəqəmsal Siması” seçilərək Milli İnternet Mükafatını qazanıb.


Mükafatların təqdim edilməsində nazir müavini Fərid Əhmədov, AzTU-nun rektoru Vilayət Vəliyev,  ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın 1-ci vitse prezidenti Rasim Əliquliyev, Təhsilin İnkişafı Fondunun direktoru Elnur Nəsibov, Mətbuat Şurasının sədri Rəşad Məcid,  AzİnTelecom şirkətinin direktoru Elxan Əzizov,  CASPEL şirkətinin direktoru Ceyhun Quliyev, Xüsusi Rabitə və İnfromasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Natiq Zamanov, KOBİA-nın nümayəndəsi Fuad Ələkbərov   və İnternet ictimaiyyətinin, texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun digər nümayəndələri iştirak edib.
Onlar çıxış edərək MilliNet-in  Azərbaycan İnternetinin inkişafında ciddi  rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. 

Təqdimat mərasimi internetdə canlı yayımlanıb.
 

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Qaliblərə və fərqlənənlərə Lenovo və CityNet şirkətinin hədiyyələri təqdim olunub.

 

Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURESAzİnTelecom,  LenovoKATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUBAlas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODAYeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGYTechnote Media və Xəbərlər.az media resurslarıdır.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.

Təqdimat mərasimindən hazırlanan foto-albom. 

MilliNet Təşkilat Komitəsi
www.millinet.az