Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

17.12.2012

Milli Net ‘12 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Milli Net Təşkilat Komitəsi bildirir ki, 19 dekabr tarixdə saat 18-də Hilton Otelində Milli Internet Mükafatı -  Milli Net 2012 qaliblərinin Təqdimat mərasimi keçiriləcək.

Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin 20 Sentyabr tarixində  start verilib.

Bu il  Milli Net-ə 13 Nominasiya üzrə 399 sayt təqdim olunub və onlardan yalnız 326 sayt yarışmaya buraxılıb.

Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunacaq, fərqlənənlərə isə diplomlar veriləcək. Həmçinin sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunacaq.

Milli Net Qaydalarına uyğun olaraq Münsiflərin hər bir Nominant üzrə verdiyi qiymətlər Təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasiminin  İnternet  vasitəsilə  canlı yayımı nəzərdə tutulub.

Təqdimat mərasimini  www.millinet.az   saytına daxil olmaqla 19 dekabr tarixdə saat 18-dən etibarən canlı olaraq izləmək mümkün olacaq.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
 www.millinet.az
492 44 44

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in