Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

17.12.2011

Milli Net -2011 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib.

Toplantıda  səsvermə prosesinin gedişi  və Təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə olunub.

Toplantıda Milli İnternet Mükafatı uğrunda  Müsabiqəyə 23 dekabrda yekun vurulacağı və qaliblərin mükafatlandırılması ilə bağlı Təqdimat mərasiminin keçiriləcəyi bildirilib.

Təqdimat mərasimində 11 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq və hər bir  Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının verilməsi nəzərdə tutulub. Eyni zamanda 2-ci və 3-cü yerləri qazananlara Müsabiqənin Diplomlarının verilməsi nəzərdə tutulub.

Təqdimat mərasimində İnternet ictimaiyyətinin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2011 Müsabiqəsinə Azercell və DeltaTelekom şirkətləri dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
 www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in