Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

29.11.2011

Milli Net 2011 müsabiqəsində 1-ci səsvermənin müddəti 2 gün uzadılıb

Milli Net Təşkilat Komitəsi  bildirir ki, Müsabiqə komissiyasının bir neçə üzvü qiymətləndiriləcək saytların çoxluğunu və vaxtın azlığını əsas gətirərək 1-ci  səsvermənin müddətinin uzadılmasını təklif edib.


Milli Net Təşkilat Komitəsi  bu məsələni nəzərdən keçirərək səsvermənin keyfiyyətini  artırmaq məqsədilə 1-ci  səsvermənin müddətinin daha 2  gün uzadılmasını məqsədəuyğun hesab edib. Beləliklə 1-ci səsvermə dekabrın  2-də , saat 24.00 -da yekunlaşacaq.

Müsabiqənin qaydalarına görə 1-ci səsvermənin  nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar  müəyyən olunacaq. Bu Nominantlar içərisindən 2-ci səsvermə nəticəsində qalib saytlar seçiləcək.

Qaliblərin mükafatlandırılmasından ibarət yekun TƏQDİMAT mərasiminin  dekabrın sonunda keçirilməsi  nəzərdə tutulub.

Hazırda TK tərəfindən Təqdimat mərasiminin təşkili istiqamətində tədbirlər  görülür.

Milli Net-2011 Müsabiqəsinə Azercell və DeltaTelekom  şirkətləri dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in