Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

26.09.2009

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin Məlumatı

25.09.2009-cu il tarixdə Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Müsabiqəyə hazırlıq işlərinin yekunu ilə  bağlı müzakirələr aparılıb.
Müsabiqənin saytının www.millinet.az vəziyyəti, Qeydiyyat prosesinin işləməsi vəziyyəti ilə  bağlı aparılan testləşdirmənin yekunları təhlil edilib.

Testləşdirmənin yekunlarına uyğun olaraq saytın təkmilləşdirilməsi zəruri hesab edilib

Cari ayın sonunda Milli Net Müsabiqəsinə start verilməsi məqsədilə Mətbuat Konfransının keçirilməsi məqsədəuyğun hesab edilib.

Milli Net Mükafatının Buta formasında olan Prizinin yekun forması qəbul edilib və hazırlanması üçün işlərə başlamaq məqsədəuyğun hesab olunub.

Növbəti ayda Müsabiqə Komissiyasının toplantısının keçirilməsi qərara alınıb.

Müsabiqənin daha uğurlu keçirilməsi üçün dəstək verənlər və tərəfdaşlara daha səmərəli iş aparılması, reklam və piar işlərinin canlandırılması qərara alınıb.


Milli Net
Təşkilat Komitəsi

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in