Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

24.12.2009

Milli Net Təşkilat Komitəsi Milli Net -2009-un yekunlarını müzakirə etdi

Milli Net Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Toplantıda   Milli Net 2009 un yekunları və Milli Net 2010 –na hazırlıqla  bağlı  məsələni müzakirə edib.

 Toplantıda ötən dövr ərzində görülən işlər  haqqında məlumat  dinlənilib.  3 ay  davam edən Müsabiqə prosesinin ümumən uğurla  başa vurulması  qeyd edilib.

 Toplantıda həmçinin Müsabiqənin gedişində qarşıya çıxan problemlər, şikayətlər  və onları yaradan səbəblər, ətrafında müzakirələr  aparılıb.
 
Toplantıda gələcəkdə Milli Net in daha uğurlu  alınması istiqamətdə  xeyli Təkliflər  səslənib.

 Müsabiqə Komissiyasının (Münsiflərin) formalaşdırılmasının və səsvermə prosesinin təkmilləşdirilməsi,  münsiflər tərəfindən şərhlərin yazılmasın  vacibliyi, Təşkilat Komitəsi tərəfindən həyata keçirilməli olan tədbirlərin ciddi hazırlığının aparılması, Nominasiyalara yenidən  baxılması, Nominasiyaların və Səsvermə kriteriyalarının açıqlanmasının  hazırlanması istiqamətində səmərəli Təkliflər  irəli sürülüb. Müsabiqə Komissiyasına üzvlərin irəli  sürülməsi üçün saytda bu istiqamətdə diskussiyaların keçirilməsi, namizədlərin irəli sürülməsinin effektiv üsullarının tətbiq edilməsinin vacibliyi qeyd edilib.

Həmçinin Etika Qaydalarının da hazırlanmasına ehtiyac olduğu bildirilib.

 Toplantıda irəli sürülən Təkliflərin AİF- in yanvar-fevral aylarında  keçirilməsi nəzərdə tutulan ümumi yığıncağında  müzakirəyə çıxarılması qərara alınıb

Toplantıda Milli Net  2009 Təqdimat Mərasimindən hazırlanan FOTOLARIN saytda yerləşdirilməsi haqqında məlumat nəzərə alınıb. Milli NET 2009 Müsabiqəsinin ARXIVININ yaradılması və sayta  yerləşdirilməsi zəruri hesab edildi

Təşkilat Komitəsinin toplantısında Toplantıda bir  daha Müsabiqəyə dəstək verdiklərinə görə AZERCELL , HP və Delta Telekom şirkətlərinə təşəkkür edilib.

 Toplantıda Müsabiqənin Münsiflər Komissiyasının bir  sıra   üzvləri  də iştirak edib

Milli Net
Təşkilat Komitəsi
Millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in