Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

20.11.2015

Milli Net 2015-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

Milli İnternet Mükafatı –Milli Net Təşkilat Komitəsi İnternet resursların qeydiyyat müddətini daha 5 gün uzadıb.

Beləliklə internet resursların  qeydiyyat müddəti 25 noyabr tarixdə saat 00.00-da başa çatacaq. Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.

Milli Net TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.
1-ci mərhələ səsvermə prosesi 21 noyabr tarixdə başlanacaq və 30 noyabr tarixdə saat 00.00-da başa çatacaq. 1-ci mərhələ səsvermənin  nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar  müəyyən olunacaq.
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi 02 dekabr tarixdə  başlayacaq və 11 dekabr saat 00.00-da  tarixdə yekunlaşacaq.  Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı TƏQDİMAT mərasiminin  dekabrın 2-ci ongünlüyündə  keçirilməsi nəzərdə tutulub. 

Milli Net TK bir daha  bildirir ki, 25 Noyabr tarixdə saat 00.00 dan etibarən  saytların qeydiyyat prosesi dayandırılacaq. Bu müddətədək qeydiyyatdan keçənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən  Müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddətində yenidən müraciət hüququnu özlərində saxlayırlar.

TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmə rejimində  və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Milli İnternet Mükafatına  RYTN , Azercell, Delta Telecom və Best Comp şirkətləri   dəstək verirlər.

Milli Net TK
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in