Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

17.12.2014

Milli Net ‘14 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Milli İnternet Mükafatı Təşkilat Komitəsi bildirir ki, 19 dekabr tarixdə saaat 18.00-da Bakı Biznes Mərkəzində Milli Net 2014 qaliblərinin Təqdimat mərasimi keçiriləcək.

Bu il  Milli Net-ə 14 Nominasiya üzrə 322 sayt təqdim olunub və onlardan yalnız 272 sayt yarışmaya buraxılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan  78 sayt Nominant statusu alıb.
 Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  Münsiflər Heyəti 2-ci səsvermə prosesində 78 Nominant arasından ən yaxşılarını seçəcəklər.

Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunacaq, fərqlənənlərə isə diplomlar veriləcək. Qaliblərə sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunacaq.

Milli Net Qaydalarına uyğun olaraq Münsiflərin hər bir Nominant üzrə verdiyi qiymətlər Təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, İnternet ictimaiyyətinin nümayəndələri və milli Internet resurs sahiblərindən ibarət 200 nəfərin iştirakı gözlənilir.

Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin Sentyabr ayında start verilib.

Milli Net-ə Rabitə və Yüksk Texnologiyalar nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestComp şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
012 492 44 44

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in