Sayt haqqında rəyiniz:

JaCrazy-Yapon dili öyrənənlər üçün Edubloq

https://jacrazy.me/


JaCrazy ilə yapon dili öyrənmək tamamilə ödənişsizdir.Əsas hədəf sərbəst şəkildə danışa biləcək səviyyədə yapon dilini öyrətməkdir.Bölmələr hissəsində yapon dili “Başlanğıc”,”Aşağı”, “Orta”, “Yuxarı” səviyyə olmaqla hissələrə bölünüb.Onlara daxil olaraq ilk dərsdən etibarən izləyə bilərsiniz.Dərslər yazılı və video şəklində paylaşılır.Həmçinin, yapon dilini inkişaf etdirə bilmək üçün tövsiyyələr, saytlar, online vasitələr haqqında da məlumatlar mövcuddur.

Şərhlər

Aynur Vəliyeva :: məzmun münsifi 09.12.2017 ~ 21:47

Yetərincə ciddi bir kontentdir. Bloq yapon dilini öyrənmək istəyənlər üçün faydalı ola bilər. Bloq məhdud auditoriya üçün maraq kəsb edə biləcəyinə görə daha aşağı qiymət aldı.

Gülşən Cabbarlı :: istifadəçi 19.12.2017 ~ 21:01

"Java isə daha geniş auditoriyaya xidmət edir"..Məhdud auditoriya dediyiniz zaman zəhmət olmasa bloqun izləyici sayısına diqqət yetirin.Siz, məzmuna görə qiymət verirsiniz, yəni saytda olan məqalələrin nəyə xidmət edib-etmədiyi ilə bağlı.Əgər bu, sizin marağınızı cəlb etmirsə o demək deyil ki, məhdud auditoriyası var. Təşəkkürlər.

Sədi Nağıyev :: istifadəçi 19.12.2017 ~ 21:37

Mənim fikirimcə möhtəşəm bir bloqdur. Ətrafımdakı hər kəs istifadə edir. Həm yapon dilini öyrədir həm də yazılan məqalələrdə yapon mədəniyyətini yansıdır.

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.

in