Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Elm və təhsil

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi internet səhifəsi

http://admiu.edu.az

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. Hazırda universitetdə 2261 bakalavr tələbə, 125 magistrant, doktorant və dissertant təhsil alır. 43 professor, 93 dosent olmaqla ümumilikdə 312 müəllim heyəti çalışır.

Bakı Dövlət Universiteti

http://bsu.edu.az/

BDU saytı təhsil və elmi nailiyyətlərin dünya müstəvisində yayılmasını və təbliğini təmin etmək, beynəlxalq əlaqələrini daha da genişləndirmək, struktur bölmələrinin informasiya texnologiyaları sahəsində elmi-texniki və tədris potensialını yüksəltmək məqsədilə yaradılmışdır. Saytın zənginləşdirilməsi və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə universitetin əsas saytından (bsu.edu.az) əlavə 17 fakültə, institutlar, strukturlar, mərkəzlərin və s. sayt və səhifələri fəaliyyətdədir.

Azərbaycan Tarixi Elektron Kitabxanası

http://lib.az

Azərbaycan Tarixi Elektron Kitabxanası layihəsinin yaradılma məqsədi maarifləndirmədir. Sayt tarixçilər və tarixlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Bu məqsədlə 3 dildə fəaliyyət göstərən saytımızdan müxtəlif tarixi əsərləri, tarixi xəritələri, tarixçilərimiz haqqında məlumatları pulsuz olaraq və qeydiyyatdan keçmədən əldə etmək mümkündür. Saytın yeni nəşrlərə, əlamətdar günlərə dair xəbərlər bölməsi də var.

Təhsil müəssisələrinin istedadlı gəncləri üçün proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatıının İnternet-portalı

http://informatika.edu.az

Portal Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə "Bakı" nəşriyyatı tərəfindən hazırlanmışdır. Portal hazırda beynəlxalq informatika olimpiadalarının keçirilmə və qiymətləndirmə qaydalarına tam uyğun olaraq hazırlanmışdır. Siz burada proqramlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün müxtəlif səviyyəli məsələlər həll edə bilərsiniz. Məsələlərin onlayn müzakirələri onların həllində qarşılaşdığınız çətinlikləri aradan qaldırmağa yardım edəcəkdir.

Azerbaijan Engineers Union/Azərbaycan Mühəndislər Birliyi

http://www.azengu.org

Azərbaycan Mühəndislər Birliyinin başlıca məqsədi Azərbaycanda ənənəvi və daim mütəxəssis tələb edən sahə sayılan texniki ixtisaslar üçün bu istiqamətdəki yeniliklər və mövcud strukturlar barədə məlumatlandırmaqdır.

in