Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Təhsil mobil tətbiqi

Uşaqlar ücün logika oyunu

https://play.google.com/store/apps/details?id=densamed.ruslogics

Uşaqlar üçün məntiq proqramı 3 yaşına qədər balacalarla məşqul olmaq üçün yaradılıb. Məntiqi təfəkkürü yaradıcılıq qabiliyyətini və yaddaşı inkişaf etdirir. Diqqətli cəmləşdirməyə kömək edir. Tapşırıqlar cəlbedicidir, rənqlər yorulmamasını nəzərət olaraq seçilib. Tez-tez dəyişən mənzərələr göz əzələrinin mohkəmləsinə kömək edir. Hər səviyyəni həvəsləndirici multfilm müşayət edir. Proqram aşağı sinif pedagogları, uşaq bağca tərbiyəçiləri və psixologlar tərəfindən bəyənilib.

azleks

https://play.google.com/store/apps/details?id=az.altunkitab.azleks

“AZLEKS” layihəsi 2013-cü ildə “Altun kitab” nəşrlər evində işlənib hazırlanmışdır. Layihə ibtidai təhsil dövründən başlayaraq magistratura dövrünə qədər təhsilalanlar üçün izahlı, terminoloji, etimoloji və ikidilli lüğətlərin çap və elektron variantlarının hazırlanmasını nəzərdə tutur. Lüğətlər üzərində peşəkar leksikoqraflarla yanaşı, müxtəlif elm sahələri üzrə mütəxəssislər çalışırlar. Lüğətdə sözlərin orfoqrafiyası son orfoqrafiya lüğətinə uyğunlaşdırılmışdır.

Riyazi Oyun - 5 dildə

https://play.google.com/store/apps/details?id=az.ustad.riyazi

Həm uşaqlar, həm böyüklər üçün əyləncəli və öyrədici oyun. Riyazi hesablama qabiliyyətini artırmaq üçün uşaqlar və böyüklər üçün oyunda minlərlə maraqlı və əyləncəli suallar var. Həm də xüsusi reytinq sistemi ilə kimin daha çox xal topladığını görə bilərsiniz.

İngiliscə-Azərbaycanca [izahlı] kompüter terminləri lüğəti

https://play.google.com/store/apps/details?id=com.mammadli.enazdict

Mobil tətbiq + web-versiya İngiliscə-Azərbaycanca [izahlı] kompüter terminləri lüğəti (işlənmiş və əlavələr olunmuş 3-cü nəşr) 10 min 140-dan artıq ən çox rastgəlinən, gündəlik istifadə olunan, kompüterdə çalışanların bilməsi vacib olan sözlərdən ibarət bu lüğət izahlıdır və öyrətmə funksiyası daşıyır. Lüğət smartfon və sosial şəbəkə istifadəçiləri üçün də faydalıdır: Facebook, Twitter, messencer və çət proqramlarına aid ən aktual terminlər də buraya əlavə olunub.

E-Cedvel (NDU)

https://play.google.com/store/apps/details?id=edu.nsu.az.e_cedvelndu

Layihə dərs və imtahan cədvəllərinin tamamilə elektronlaşdırılması məqsədiylə 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin İKT Mərkəzi tərəfindən hazırlanmışdır. Bu tətbiqetmə vasitəsilə istənilən vaxt onlayn şəkildə dərs, kolloqvium, imtahan cədvəllərinə baxıla bilər.

in