Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Ən yaxşı İnstagram hesabı

Cine.az - İnstagram səhifəsi

http://instagram.com/cine.az

Səhifədə filmlərdən, seriallardan məlumatlar , video görüntülər və replikalar paylaşılır.

KiTAB_YURDUM

https://www.instagram.com/kitab_yurdum/

KİTAB_YURDUM İnstagram səhifəsinin fəaliyyətinin məqsədi Azərbaycan oxucularına Motivasiya ,Şəxsi inkişaf ,Psixoloji kitabları ilə tanış etməkdir.Səhifəmizdə kitablarla yanaşı eyni zamanda həmin kitabların məzmunu ilə bağlı məlumatlar yerləşdirilir.Oxucular səhifədəki paylaşımlar vasitəsilə bu kitablar haqqında ətraflı məlumat əldə edə bilirlər.Eyni zamanda səhifəmizdə motivasiya verici videolar da yer alır.Hər bir kəsin əsl inkişafı üçün vacib olan kitablar bu səhifədədir.

Tələbə klubu

https://www.instagram.com/telebe_klubu/

Tələbə klubu instagram sosial şəbəkəsində 70 mindən artıq izləyicini özündə birləşdirən ən böyük tələbə platformasıdır. Bir ildir fəaliyyət göstərsə də Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar zamanı tələbələrin suallarını aktiv şəkildə cavablanması habelə izləyicilərin tələbi ilə inkişafı Avropada təhsil alan tələbələrlə silsilə Canlı yayımların həyata keçirilməsi səhifəni populyarlaşdırmışdır. Səhifədə müəllif hüquqlarının qorunması isə ən əsas priorotetlərdən biridir.

Aforizm.tv

http://instagram.com/aforizm.tv

Aforizm.Tv Azərbaycanın ilk aforizm səhifələrindən biridir. Səhifə Azərbaycan və dünya dahilərinin fikirlərini paylaşmaqla insanları həyatda düzgün addım atmağa və maarifləndirməyə çalışır. Səhifə insanları kitab oxumağa çağırır və Azərbaycanda kitab oxuyan təbəqənin genişlənməsi üçün çalışır.

Co-Mo Photo

https://instagram.com/co_mo_photo?utm_source=ig_profile_share&igshid=1rham4f6tqnel

Bu Instagram səhifəsi mənim və hər kəsin çəkdiyimiz mənzərə, kreativ və gözəl şəkilləri paylaşdığım səhifədir