Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Ən yaxşı Facebook səhifəsi

Müasir Uşaq Nağılları

https://www.facebook.com/muasir.usaq.nagillari/

“Müasir Uşaq Nağılları” facebook səhifəsi Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Səhifədə istedadlı uşaqların aşkara çıxarılması və onlara yaradıcılıq imkanları yaradılması üçün nağıl müsabiqələrinin təşkil edilməsi nəzərdə tutulur. Sentyabr ayında nəzərdə tutulduğu kimi respublika üzrə 6-10 yaşlı uşaqlar arasında qısa nağıl müsabiqəsi keçirilib.

QHT TV

https://www.facebook.com/qht.az/

QHT TV-nin hazırladığı xəbərlər, reportajlar və müsahibələrin sosial şəbəkə istifadəçilərinə çatdırılması

yapon.az

https://www.facebook.com/yapon.az/

Yaponiya haqqında Azərbaycan dilində facebook səhifəsi. Səhifədə Yaponiyanın gəzməli və görməli yerlərinin rəsimləri, ən son xəbərlər, musiqilər, məqalələr paylaşılır.

The Secret Business Academy

https://www.facebook.com/THESECRETACADEMYBAKU/

“The Secret Business Academy” 01.10.2016-cı il tarixində fəaliyyətə “SİRR ÖZÜNÜZSÜNÜZ!” sloqanı ilə başlamış tədris mərkəzinin Facebook səhifəsidir. Fəaliyyətə başladığı ilk gündən etibarən yüksək xidmət və peşəkar müəllim kolletivi ilə fərqlənən mərkəzimiz artıq ölkəmizdə öndə gedən mərkəzlərdən biridir. Mərkəzimizin uğurlu kadr siyasəti və yüksək xidmət göstərməsi nəticəsində artıq yüzlərlə tələbəmiz xidmətlərimizdən faydalanaraq yüksək göstəricilərlə məzun olmuşdur.

Gəncə Kitab Klubu / Ganja Book Club

https://www.facebook.com/GenceKitabKlubu.GanjaBookClub/

Səhifəmizin əsas məqsədi Gəncədə yaşayan və Təhsil alan gənclərin (Hər yaş qrupunda insanlar qatıla bilər) kitablara marağının artırılması, mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və Gəncədə Kitab mədəniyyətinin formalaşması üçün çalışmaqdır.