Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Köməkçi mobil tətbiqlər (utilitlər)

Barkod Oxuyucu

https://play.google.com/store/apps/details?id=com.barkodd.oxuyucu

"Barkod oxuyucu" tətbiqi sizin barkod və qr kodu asanlıqla oxumanızı təmin edir. Barkod oxunduqdan sonra məhsulun istehsal olunduğu ölkəni tətbiq sizə göstərəcəkdir. Bununla da siz məhsulun hansı ölkəyə məxsus olduğunu asanlıqla tapa bilərsiniz. Bu həmdə məhsulun orginallığından xəbər verir. Xüsusiyyətlər : * İntenet bağlantısına ehtiyac yoxdur. * Barkod kodu oxuma * Qr kod oxuma * Skan etmə və kod daxil etmə * İstehsalçı ölkənin tapılması * Sadə interfeys

Əmək Haqqı

https://play.google.com/store/apps/details?id=emek.haqq.hesablayici

Bu tətbiq sizə əmək haqqı, məzuniyyət haqqı, orta aylıq əmək haqqı, staj hesablanması və s. hesablamaları aparmaqda kömək edir. "Əmək haqqı" tətbiqinin əsas məqsədi, əmək müqaviləsi əsasında çalışan bütün işçilərə çox sadə və operativ formada qanunvericiliyin tələblərinə uyğun olaraq öz əmək haqqılarını hesablamaqda yardımçı olmaqdır. - NETT`dən GROSS`a hesablama - GROSS`dan NETT`ə hesablama - Məzuniyyət haqqının hesablanması - Orta aylıq əmək haqqı - Hesablamanı yadda saxlama

Yanacaq Doldurma Məntəqələri

https://play.google.com/store/apps/details?id=yanacaq.doldurma.menteqeleri

Yanacaqdoldurma məntəqələri tətbiqini yükləməklə istənilən şəxs ona ən yaxın olan yanacaqdoldurma məntəqələrini tapa bilər.

Avtobusların izlənilməsi

https://play.google.com/store/apps/details?id=baku.bus

"Avtobusların izlənilməsi" tətbiqini yükləyən şəxs avtobus marşrut xəttini görüntüləyə bilir və real-time rejimində marşrut xətti üzrə hərəkət edən avtobusun dövlət nömrə nişanı, eləcə də yerləşdiyi məntəqəni müəyyənləşdirə bilir.

Kommunal Plus

https://play.google.com/store/apps/details?id=kommunal.plus

Kommunal Plus tətbiqi vasitəsilə hər kəs öz vaxtına qənaət edərək və çox sadə üsulla kommunal xərclərini izləyə, eləcə də yeniliklər barədə bildiriş ala bilərlər.