Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Köməkçi mobil tətbiqlər (utilitlər)

"Qenius" mobil tətbiqi

https://itunes.apple.com/az/app/qenius/id1434751690?mt=8

Qenius - tam olaraq Azərbaycanda hazırlanmış sosial şəbəkədir. Məqsədimiz ölkəmizdə bu sahəni inkişaf etdirmək, ideyaları olub, reallaşdırmaqdan çəkinənlər üçün nümunə göstərməkdir. Qenius vasitəsi ilə siz şəxsi anketlərinizi yarada bilərsiniz. Onları müxtəlif vasitələrlə bəzəyə bilər, sonra isə suallar təyin edə bilərsiniz. Daha sonra, anketinizə keçidi dostlarınızla paylaşmaqla, onları anketinizi doldurmağa dəvət edə bilərsiniz. Anketinizi doldurulduqda cavabları oxumaq imkanınız var.

Əmək Qanunvericiliyi

https://play.google.com/store/apps/details?id=com.emek.qanunvericilik

“Əmək qanunvericiliyi” tətbiqinin yaradılma məqsədi istənilən yerdə internet bağlantısı olmadan belə əmək hüquqlarınızı asanlıqla öyrənməkdir. Poqramın başlıca özəlliyi isə Əmək qanunvericiliyi üzrə istənilən sualınızı bizdən operativ formada soruşmağınızdır. Belə ki, suallarınız ən qısa zamanda və peşəkarcasına tərəfimizdən cavablandırılacaq. Ümid edirik ki, tərtib etdiyimiz mobil tətbiqi hamıya faydalı olacaqdır. • əmək məcəlləsi • qanunlar • qərarlar • sürətli axtarış • əlfəcin əlavə etmə

Barkod Oxuyucu

https://play.google.com/store/apps/details?id=com.barkodd.oxuyucu

"Barkod oxuyucu" tətbiqi sizin barkod və qr kodu asanlıqla oxumanızı təmin edir. Barkod oxunduqdan sonra məhsulun istehsal olunduğu ölkəni tətbiq sizə göstərəcəkdir. Bununla da siz məhsulun hansı ölkəyə məxsus olduğunu asanlıqla tapa bilərsiniz. Bu həmdə məhsulun orginallığından xəbər verir. Xüsusiyyətlər : * İntenet bağlantısına ehtiyac yoxdur. * Barkod kodu oxuma * Qr kod oxuma * Skan etmə və kod daxil etmə * İstehsalçı ölkənin tapılması * Sadə interfeys

Əmək Haqqı

https://play.google.com/store/apps/details?id=emek.haqq.hesablayici

Bu tətbiq sizə əmək haqqı, məzuniyyət haqqı, orta aylıq əmək haqqı, staj hesablanması və s. hesablamaları aparmaqda kömək edir. "Əmək haqqı" tətbiqinin əsas məqsədi, əmək müqaviləsi əsasında çalışan bütün işçilərə çox sadə və operativ formada qanunvericiliyin tələblərinə uyğun olaraq öz əmək haqqılarını hesablamaqda yardımçı olmaqdır. - NETT`dən GROSS`a hesablama - GROSS`dan NETT`ə hesablama - Məzuniyyət haqqının hesablanması - Orta aylıq əmək haqqı - Hesablamanı yadda saxlama

Yanacaq Doldurma Məntəqələri

https://play.google.com/store/apps/details?id=yanacaq.doldurma.menteqeleri

Yanacaqdoldurma məntəqələri tətbiqini yükləməklə istənilən şəxs ona ən yaxın olan yanacaqdoldurma məntəqələrini tapa bilər.