MilliNet2025 Təşkilat Komitəsinin məlumatı

MilliNet2025 Təşkilat Komitəsinin məlumatı

Milli İnternet Mükafatı – MilliNet2025 üzrə hazırlıqlar başa çatmaq üzrədir. Yaxın müddətdə yarışmaya start veriləcək.
İddiaçılar müsabiqəyə təqdim etmək üçün  öz resurslarını hazırlaya bilərlər.  MilliNet2025 -də iştirak edəcək milli internet resursların qeydiyyatına  Oktyabr ayının əvvəli başlanacaq.

Qaydalarda və Nominasiyalarda ciddi dəyişiklik edilməyib. Cəmi 14 Nominasiya, 13 əsas Nominasiya və bir Xüsusi Nominasiya olacaq :

 

  1. İlin süni intellekt həlli
  2. İlin rəqəmsal hökumət həlli
  3. İlin rəqəmsal təhsil resursu
  4. İlin rəqəmsal maliyyə həlli
  5. İlin e-ticarət həlli
  6. İlin rəqəmsal sosial resursu
  7. İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
  8. İlin innovativ həlli
  9. İlin rəqəmsal oyunu
  10. İlin informasiya resursu
  11. İlin rəqəmsal mədəniyyət və turizm həlli
  12. İlin rəqəmsal biznes həlli
  13. Ilin rəqəmsal marketinq həlli

Xüsusi nominasiya

  1. İlin rəqəmsal siması
     

MilliNet TK qərarı ilə dövlət və özəl resursların iştirak etdiyi Nominasiyalarda rəqabətin gözlənilməsi üçün əlavə şərtlər müəyyən olunacaq.  
Xatırladırıq ki , MilliNet2025-də də 3 istiqamətli (content, dizayn, texniki) qiymətləndirmədən imtina ediləcək.
Layihə yönümlü onlayn resurslar, rəqəmsal həllər müsabiqəyə buraxılacaq.
Resursların qiymətləndirilməsində faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və s . prinsiplər əsas götürüləcək.


Resursların qiymətləndirilməsini istifadəçilər deyil, ekspertlər dəyərləndirəcək. Xüsusi Nominasiyanın qalibi MilliNet TK tərəfindən müəyyən olunacaq.
Ekspertlərin dəyərləndirməsi ilə iddiaçılar təqdimatdan dərhal sonra tanış olacaqlar.

Yekun Təqdimatın dekabrın 2-ci ongünlüyündə İKT ictimaiyyətinin iştirakı ilə təntənəli formada keçirilməsi, qaliblərə ənənəvi Butanın təqdim edilməsi nəzərdə tutulub .

Azərbaycan İnternetinin və İT sektorun inkişafında müstəsna rolu olan MilliNet2025 üçün sponsorluq təklifləri qəbul edilir.

Milli İnternet Mükafatı – MilliNet2025 yarışmasına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az