Milli İnternet Mükafatı - Milli Net 2025 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Bu il Müsabiqəyə 14 Nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilmişdi.
Onlardan yalnız Qaydalara uyğun olan 148 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
7 nəfər isə “İlin rəqəmsal siması” nominasiyasına qəbul edilib.
İki Nominasiya üzrə rəqabətli mühit formalaşmadığından ləğv edilərək resurslar digər nominasiyalara keçirilib.
Bu il də resurslar yeni meyarlar əsasında qiymətləndirilib. Beləliklə, müsabiqəyə qəbul olunan 178 resursun 1-ci mərhələ qiymətləndiriıməsində 15 münsif iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekun nəticələrinə və MilliNet Qaydalarına əsasən
11 Nominasiya üzrə 178 resurs arasından 63 resurs Nominant statusu alıb.
Bu resurslar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 27 noyabr tarixdə başlayacaq və 10 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər resursları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. Bu qiymətlər və onların əsaslandırılması yekun təqdimatdan sonra resurs sahibləri üçün açıqlanacaq.
2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.
“İlin rəqəmsal siması” nominasiyası üzrə qalib MilliNet TK tərəfindən mövcud meyarlar nəzərə alınmaqla seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi Yekun Təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 12 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli İnternet Mükafatı, qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru