MilliNet TK-nın məlumatı

MilliNet TK-nın məlumatı

MilliNet TK-nın məlumatı

5 illik fasilədən sonra Milli İnternet Mükafatı – MilliNet2023 yarışmasının cari ildə keçirilməsi qərara alınıb.
MilliNet2.0 yeni dizaynda və yeni konsepsiyada keçiriləcək.

Hazirda MilliNet-in saytının yeni versiyası hazırlanır. Oktyabrın əvvəli saytın yeni versiyasının işə salınması və qeydiyyata start verilməsi nəzərdə tutulur.

Beləliklə :
 

1. Oktyabrın 2-ci ongünlüyündə MilliNet2.0-a start veriləcək, resursların qeydiyyatı başlayacaq

2. Nominasiyalara yeni yanaşmalar tətbiq olunacaq, klassik formada saytların qəbulundan, 3 istiqamətli qiymətləndirmədən imtina ediləcək. Layihə yönümlü onlayn resurslar, rəqəmsal həllər müsabiqəyə buraxılacaq.

3. Resursların qiymətləndirilməsində yeni kriteriyalar, faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və s . prinsiplər əsas götürüləcək.

4.Resursların qiymətləndirilməsini istifadəçilər deyil, ekspertlər dəyərləndirəcək. Ekspertlərin dəyərləndirməsi ilə iddiaçılar təqdimatdan dərhal sonra tanış olacaqlar

5.Yekun Təqdimatın dekabrın 2-ci ongünlüyündə İKT ictimaiyyətinin iştirakı ilə təntənəli formada keçirilməsi, qaliblərə ənənəvi Butanın təqdim edilməsi nəzərdə tutulub 

Azərbaycan İnternetinin və İT sektorun inkişafında müstəsna rolu olan MilliNet2.0 üçün sponsorluq təklifləri qəbul edilir.

Milli İnternet Mükafatı – MilliNet2023 -ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az