Milli İnternet Mükafatı – MilliNet Təşkilat Komitəsi müsabiqəyə təqdim edilən rəqəmsal resursların qeydiyyat müddətini noyabr ayının 20-dək uzadıb.
Beləliklə, müsabiqəyə təqdim edilən resursların qeydiyyatı 20 noyabr tarixdə saat 23.59-da başa çatacaq.
Bu müddətədək qeydiyyatdan keçənlər, lakin müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən Müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddətində yenidən müraciət hüququnu özlərində saxlayırlar.
TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmə rejimində və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq.
MilliNet TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.
1-ci mərhələ səsvermə prosesi 21 noyabr tarixdə başlanacaq və 1 dekabr tarixdə saat 00.00-da başa çatacaq.
1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar müəyyən olunacaq.
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.
2-ci səsvermə prosesi 01 dekabr tarixdə başlayacaq və 10 dekabr yekunlaşacaq.
Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı YEKUN TƏQDİMAT mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURES, AzİnTelecom, Lenovo, KATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUB, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, YeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGY, Technote Media və Xəbərlər.az media resurslarıdır.
MilliNet Təşkilat Komitəsi
www.millinet.az