MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

Milli İnternet Mükafatı – MilliNet 2023 müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb və 1-ci səsvermə mərhələsi başlayıb.
Bu il müsabiqəyə 13 Nominasiya üzrə 222 resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan  186-ı müsabiqəyə qəbul edilib.
Qaydalara uyğun olmayan  36 resursun müsabiqəyə qəbulundan imtina edilib.

MilliNet Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində layihələrini təqdim edənlər və müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan qaldırıb yenidən müraciət edə bilərlər.

Bir Nominasiya üzrə rəqabətli mühit formalaşmadığı üçün, bu Nominasiyalardakı resurslar digər uyğun Nominasiyalara keçirilib.

Beləliklə, hazırda MilliNet 2023-ə  təqdim edilən  222 resursdan  186 resurs  13 Nominasiya üzrə “ilin resursu” statusunu qazanmaq üçün  yarışmada iştirak edəcəklər. 
“İlin rəqəmsal siması” Xüsusi Nominasiyası üzrə 8 iddiaçı qedyiyyatdan keçib.

Hazırda MilliNet.az –da qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytları bəyənməklə münasibət bildirə bilərlər.
MilliNet TK bildirir ki, bu gündən etibarən müsabiqəyə buraxılan resursların qiymətləndirilməsinə başlanıb,
Müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.
 21 noyabr tarixdən 1-ci mərhələ qiymətləndirmə  prosesi başlayıb və ayın sonunadək davam edəcək. 

1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.

Bu nominantlar arasından  2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 10-dək yekunlaşacaq.

Bu il resurslar yeni meyarlar əsasında 15 münsif tərəfindən qiymətləndiriləcək. “İlin rəqəmsal siması” Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən müəyyən olunacaq.
Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı yekun təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Əsas tərəfdaşlar
 İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar 
ALVENTURESAzİnTelecom,  LenovoKATV1 və Caspel şirkətləridir.
Sponsorlar 
SABAH.HUBAlas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODAYeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları 
TRİLOGYTechnote Media və Xəbərlər.az media resurslarıdır.

 

MilliNet Təşkilat Komitəsi
www.millinet.az