Milli İnternet Mükafatı – “MilliNet 2025” müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb

Milli İnternet Mükafatı – “MilliNet 2025” müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb

Bu il müsabiqəyə 13 Nominasiya üzrə 179  resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan  150-i müsabiqəyə qəbul edilib.
Qaydalara uyğun olmadığı üçün müsabiqəyə qəbulundan imtina edilən resurslar  1-ci səsvermə başa çatanadək problemləri aradan qaldıraraq yenidən müraciət edə bilərlər.

Hazırda MilliNet.az –a yeni resurslar müraciət edə bilməz,  qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytları bəyənməklə münasibət bildirə bilərlər.

İki Nominasiya üzrə rəqabətli mühit formalaşmadığı üçün, bu Nominasiyalardakı resurslar digər uyğun Nominasiyalara keçirilib. 
Nominasiyalarında uyğunsuzluq olan bəzi resursların  Nominasiyaları Qaydalara uyğun olaraq MilliNet TK tərəfindən dəyişdirilərək daha uyğun istiqamətlərə keçirilib.
“İlin rəqəmsal siması” Xüsusi Nominasiyası üzrə 7 namizəd irəli sürülüb .

MilliNet TK bildirir ki, hazırda 1-ci mərhələ qiymətləndirmə prosesi davam edir və 25 noyabr tarixdə başa çatacaq. 

1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə Nominantlar müəyyən olunacaq.
Bu nominantlar arasından  2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 10-dək yekunlaşacaq.

Bu il də resurslar yeni meyarlar əsasında 15 münsif tərəfindən qiymətləndiriləcək. “İlin rəqəmsal siması” Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən müəyyən olunacaq.
Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı yekun təqdimat mərasiminin dekabrın ayında keçirilməsi nəzərdə tutulub.


Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
 rəsmi dəstək verir.
Əsas tərəfdaşlar
 İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar AzİnTelecom
, Lenovo,  və Caspel şirkətləridir.
Sponsorlar B&B SECURITY,  KATV1Alas Academy
 , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.

YOD
AMediatrends , NUKHALI  və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları  Technote Media Xəbərlər.az və Techzone media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun  inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.



MilliNet Təşkilat Komitəsi
www.millinet.az

 

Yaradılıb: 17-11-2025