2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

Milli İnternet Mükafatı – MilliNet2025 Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda yekun səsvermənin nəticələri və MilliNet Təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə edilib.

Toplantıda Milli Net 2025 müsabiqəsində səsvermənin 2-ci mərhələsinin uğurla başa çatdığı bildirilib.
Yekun səsvermə prosesi Nominanat statusu qazanan 63 rəqəmsal resurs  arasında  10 gün davam edib. Müsabiqəyə 13 Nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilmişdi.
2-ci mərhələ qiymətləndrimə prosesində 15 münsifdən 13-ü iştirak edib. İki münsif qiymətləndirməni tam olaraq başa çatdırmadığı üçün onların səsvermə nəticələri ləğv edilib.
Təqdimat mərasimindən sonra nominantlar münsiflərin verdiyi ballar və onların əsaslandırması ilə öz hesablarına daxil olmaqla tanış ola biləcəklər.

“Milli Net 2025” qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq.
Yekun təqdimat mərasimi 15 dekabr tarixdə Park İnn Hoteldə keçiriləcək. 
MilliNet TK  tərəfindən aparılan mükafatlandırma mərasiminə hazırlıq işləri artıq başa çatıb. Azərbaycan İnternetinin əsas tədbiri olan MilliNet yekun təqdimat mərasimində rəqəmsal sektorun tanınmış nümayəndələri iştirak edəcəklər.
Nominantlar tədbirə dəvətlidir.

Müsabiqədə hər bir Nominasiya üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək əks olunan BUTA və qiymətli hədiyyələr təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Tədbirdə 2025-ci il üçün ölkədə rəqəmsal transformasiyaya daha çox töhfə verən  “İlin rəqəmsal siması” elan olunacaq və onun qalibinə də mükafatlar təqdim ediləcək.

Milli İnternet Mükafatına  
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar 
İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar AzİnTelecom, Lenovo,  və Caspel şirkətləridir.
Sponsorlar B&B SECURITY,  KATV1Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.

YODAMediatrends , NUKHALI  və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları  Technote Media,  Xəbərlər.az və Techzone media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun  inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.


MilliNet Təşkilat Komitəsi
www.millinet.az

Yaradılıb: 13-12-2025