Layihə haqqında
Wayfind xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün süni intellekt əsaslı platformadır. Tələbə transkriptini və məqsədlərini yükləyir, Sİ ona uyğun proqramları və təqaüdləri tapır, müqayisə edir və tarixli müraciət yol xəritəsi qurur. Sİ köməkçisi baş orkestr və agentlərdən ibarətdir: sadə suallara özü cavab verir, çətin tapşırıqlarda (müqayisə, çoxölkəli araşdırma, yol xəritəsi) agentlər göndərir. Əvvəlcə yoxlanılmış bilik bazasında, sonra universitetlərin və dövlət qurumlarının rəsmi saytlarında axtarır və hər cavabı mənbə linki ilə göstərir. Platformada təsdiqlənmiş sertifikat müəllimləri və konsultantlar da var. Wayfind 28 oktyabr 2026-dan canlıdır: 162 tələbə qeydiyyatdan keçib və 13 müəllim və konsultant qoşulub. Pulsuz plan mövcuddur.
Uğurlarımız: AltaLab (AltaIR Capital) akseleratoruna və NVIDIA Inception proqramına qəbul olunmuşuq, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Microsoft-un birgə seçimi nəticəsində "Microsoft for Startups" proqramına seçilmişik (100.000 dollarlıq Azure krediti qazanmışıq) və KOBİA Startap Şəhadətnaməsinə sahibik. Launch-dan əvvəl 90 gələcək tələbə arasında keçirilən sorğuda 87% bu ehtiyacı yüksək qiymətləndirib.
Layihənin linki
wayfindtech.com