Layihə haqqında
“Vergilər” qəzeti 10 mart 2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi rəsmi dövlət qeydiyyatına alınmış və 12 fevral 2001-ci il tarixdə ilk nüsxəsi işıq üzü görmüşdür. Qəzet 2018-ci ilin dekabr ayından www.vergiler.az (http://www.vergiler.az/) informasiya portalı kimi fəaliyyətini davam etdirir.Portal Azərbaycanın vergi sistemi, iqtisadi inkişafı, sahibkarlıq mühiti, maliyyə və biznes sahəsində baş verən yenilikləri operativ, dəqiq və etibarlı şəkildə ictimaiyyətə çatdıran ixtisaslaşmış media platformasıdır. Layihənin əsas məqsədi vergi qanunvericiliyi və iqtisadi proseslər barədə məlumatlılığı artırmaq, vergi ödəyicilərinin maarifləndirilməsinə dəstək olmaq, özəl sektorla informasiya mübadiləsini gücləndirməkdir. Portalda əsasən vergi sistemini əhatə edən maarifləndirici xəbər və məqalələrə, ekspert rəylərinə, eləcə də videomateriallara üstünlük verilsə də, iqtisadiyyatın inkişafı, o cümlədən maliyyə sektorunun vəziyyəti, əmlak, sahibkarlıq, sığorta, istehlakçı hüquqları, əmək qanunvericiliyi ilə bağlı materiallara, analitik yazılara da geniş yer ayrılır.
Layihənin linki
vergiler.az
Digər linklər
App store
App gallery
Vergi
İqtisadiyyat