Layihə haqqında
Tiny Trails: Find Home — 3 yaşdan yuxarı uşaqlar üçün sakit, bir barmaqla oynanan yol-tapmaca oyunudur. Uşaq barmağı ilə cığır çəkərək kiçik dostunu evinə çatdırır. Oyunda taymer, “can” və “game over” yoxdur — stress əvəzinə müşahidə, planlaşdırma, uyğunlaşdırma, ardıcıllıq və problem həlli bacarıqları inkişaf etdirilir.
Oyun Google Play-in rəsmi “Teacher Approved” (Müəllim təsdiqli) nişanını alıb — bu nişan müstəqil pedaqoqlar tərəfindən uşaqlar üçün keyfiyyət və faydalılıq meyarlarına görə verilir. Tətbiq tam reklamsızdır, heç bir məlumat toplamır, hesab tələb etmir, oflayn işləyir və Google Play Families siyasətinə tam uyğundur. Premium məzmun valideyn qapısı arxasında bir dəfəlik ödənişlədir.
Məzmun: Bağça dünyası (40 pulsuz səviyyə), Okean və Meşə (hər biri 40 səviyyə), Sakit rejim, incə ipucları, ulduz/köpük/işıldaquş toplama, Challenge rejimi və ən yaxşı vaxt medalları. Səhra, Göy və Kosmos dünyaları hazırlanır.
Layihə Azərbaycanda yaradılmış, beynəlxalq keyfiyyət standartına cavab verən və dünya bazarına çıxan uşaq oyunudur. Hazırlayan: Idea2Media.
Layihənin linki
play.google.com
Digər linklər
Play store