Layihə haqqında

Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yaradılmış, vətəndaşların sağlamlıq məlumatlarının vahid rəqəmsal mühitdə toplanmasını, emalını, təhlükəsiz saxlanılmasını və mübadiləsini təmin edən mərkəzləşdirilmiş rəqəmsal səhiyyə platformasıdır. Beynəlxalq HL7 FHIR standartı əsasında formalaşdırılan sistem dövlət və özəl tibb müəssisələrində yaranan tibbi məlumatların inteqrasiyasını təmin etməklə hər bir vətəndaşın fərdi elektron sağlamlıq tarixçəsinin formalaşdırılmasına xidmət edir. TRƏS elektron reseptlərin, laboratoriya və instrumental müayinə nəticələrinin, diaqnozların, peyvəndlərin, allergiya məlumatlarının, tibbi müraciətlərin və digər sağlamlıq göstəricilərinin vahid elektron mühitdə idarə olunmasını təmin edir. Həmçinin simptomların ilkin qiymətləndirilməsi, orqan donorluğu üçün elektron müraciət və vətəndaşın öz tibbi məlumatlarını yalnız seçdiyi şəxslərlə paylaşmasına imkan verən funksional alətləri özündə birləşdirir. 20-dən çox rəqəmsal həlli birləşdirən TRƏS mobil tətbiq vasitəsilə də istifadəçilərə təqdim olunur. Sistemə təhlükəsiz giriş “myGov ID” üzərindən həyata keçirilir. TRƏS-in tətbiqi ölkədə vahid rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılmasına, vətəndaşyönümlü elektron səhiyyə xidmətlərinin inkişafına, tibbi məlumatların əlçatanlığının və idarəolunmasının təkmilləşdirilməsinə, eləcə də səhiyyə məlumatlarının beynəlxalq standartlara uyğun idarə olunmasına xidmət edir.
Layihənin linki
tres.e-health.gov.az
Digər linklər
App store Play store Sağlamlıq Portalı

Tibbi Rəqəmsal Əkiz Sistemi

Yaradılıb: Nov 03, 2026
Qurucu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzi

Layihənin kateqoriyası
İlin rəqəmsal hökumət həlli