"The Last Station – Baku" oyunu 85 Games Studio tərəfindən hazırlanan, hadisələri Bakı metrosunda cərəyan edən, Azərbaycan istehsalı psixoloji qorxu və sağ qalma oyunudur.Oyunun ideyası sadə, lakin düşündürücü bir sualdan yaranıb: Bakıda pandemiya dövründə koronavirus əvəzinə daha təhlükəli və naməlum bir virus yayılsaydı və biz həmin vaxt metroda qalsaydıq, nə baş verərdi?Bu ideyadan yola çıxaraq başladığımız layihə artıq reallığa çevrilib. Oyun 7 fevral 2026-cı ildə Android və iOS platformalarında rəsmi olaraq yayımlanıb və beynəlxalq oyun auditoriyasına təqdim olunub.Layihənin əsas özəlliklərindən biri Bakı metrosunun atmosferini, Azərbaycan dilini və yerli tarixi və mədəni elementləri qorxu janrı ilə birləşdirməsidir. Oyun Azərbaycan dili də daxil olmaqla bir çox dili dəstəkləyir və xarici oyunçulara da ölkəmizin özünəməxsus mühitini tanıdır.Hazırda layihənin PC versiyası üzərində də işlər aparılır və oyunun 30 oktyabr 2026-cı ildə Steam platformasında yayımlanması planlaşdırılır.Məqsədimiz Azərbaycanda da beynəlxalq səviyyədə rəqabət apara bilən keyfiyyətli videooyunların hazırlana biləcəyini göstərmək və yerli oyun sənayesinin inkişafına töhfə verməkdir.Layihə Azərbaycanlı gənclərdən ibarət komandamız tərəfindən hazırlanıb və inkişaf etdirilməyə davam edir.Dəstəyiniz bizim üçün çox dəyərlidir!