Layihə haqqında
Telvo bizneslər üçün hazırlanmış AI əsaslı virtual receptionist platformasıdır. Platforma şirkətlərin gələn zənglərini və WhatsApp üzərindən müştəri müraciətlərini avtomatlaşdırır, 24/7 zənglərə cavab verir, müştərilərin suallarını cavablandırır, rezervasiya və sifarişləri qəbul edir, potensial müştəriləri qeydə alır və lazım gəldikdə zəngləri canlı əməkdaşlara yönləndirir.
Telvo-nun əsas məqsədi bizneslərin buraxılmış zənglərini azaltmaq, müştəri xidmətini yaxşılaşdırmaq, satış imkanlarını artırmaq və gündəlik kommunikasiya proseslərini avtomatlaşdırmaqdır. Platforma xüsusilə zənglər vasitəsilə müştəri qazanan və satışlarını idarə edən bizneslər üçün nəzərdə tutulub.
Layihənin linki
hitelvo.com