TeamOne — şirkətdaxili kommunikasiya və iş proseslərinin idarə edilməsi üçün vahid korporativ platformadır.Platforma şirkətlərdə WhatsApp, e-mail və digər ayrı-ayrı kanallarda dağınıq şəkildə aparılan yazışma, sorğu, tapşırıq və sənəd mübadiləsini vahid, təhlükəsiz və idarəolunan mühitdə birləşdirir.TeamOne vasitəsilə əməkdaşlar şöbələrarası sorğular və tapşırıqlar yarada, məsul şəxsləri və icra müddətlərini təyin edə, prosesin statusunu real vaxtda izləyə və bütün əməliyyat tarixçəsini vahid sistemdə saxlaya bilirlər.Layihənin əsas innovativ üstünlüklərindən biri On-Premises yerləşdirmə imkanının olmasıdır. Bu yanaşma şirkətlərə korporativ məlumatları öz daxili serverlərində saxlamağa və məlumatların üçüncü tərəf platformalarından asılılığını azaltmağa imkan verir.TeamOne-ın məqsədi şirkətlərdə məlumat və tapşırıqların “çatlarda itib-batmasının” qarşısını almaq, proseslərdə şəffaflığı artırmaq və rəhbərliyə işlərin gedişinə nəzarət etmək üçün vahid rəqəmsal iş mühiti yaratmaqdır.