Layihə haqqında
Spotly Azərbaycanda biznes açmaq və ya yeni filial üçün yer seçmək istəyən sahibkarlara kömək edən xəritə əsaslı platformadır. İstifadəçi biznes növünü və maraqlandığı məkanı seçir. Spotly əhalinin təxmini sayı, yaxınlıqdakı rəqiblər, ictimai nəqliyyat və icarə elanları əsasında həmin məkanın seçilən biznesə uyğunluğunu 100 ballıq şkala üzrə qiymətləndirir və bala təsir edən amilləri göstərir.
Platformada məkanları yan-yana müqayisə etmək, icarə elanlarını qiymət və sahəyə görə filtrləmək, maliyyə ssenarilərini hesablamaq mümkündür. Süni intellekt məsləhətçisi «Bakıda kofeşop üçün hansı ərazilərə baxım?» kimi sualları cavablandırır, uyğun məkanları və nəzərə alınmalı riskləri göstərir. Spotly bu məlumatları bir araya gətirərək sahibkara yerində yoxlamağa dəyər məkanları seçməyə kömək edir.
Layihənin linki
spotly.az