Layihə haqqında
“AzInTelecom” MMC tərəfindən yaradılan SİMA Pay üz tanıma texnologiyasına əsaslanan innovativ biometrik ödəniş həllidir. Müasir biometrik identifikasiya texnologiyalarını maliyyə əməliyyatlarına inteqrasiya edən SİMA Pay istifadəçilərə fiziki bank kartı, mobil telefon və ya nağd vəsaitə ehtiyac olmadan, yalnız üz tanıma vasitəsilə təmassız ödəniş etmək imkanı yaradır.
İstifadəçi ilkin biometrik qeydiyyatdan keçərək ödəniş vasitəsini öz rəqəmsal profilinə əlaqələndirir. Bundan sonra ödəniş əməliyyatları üz tanıma vasitəsilə həyata keçirilir. Üz tanıma və canlılıq yoxlaması texnologiyalarının birgə tətbiqi istifadəçinin şəxsiyyətinin etibarlı şəkildə təsdiqlənməsini təmin edir, icazəsiz əməliyyat risklərini minimuma endirir və ödəniş prosesinin təhlükəsizlik səviyyəsini artırır.
Geniş tətbiq imkanlarına malik olan SİMA Pay pərakəndə ticarət, ictimai iaşə, nəqliyyat, turizm, əyləncə və digər xidmət sahələrində istifadə oluna bilər. Xüsusilə yüksək müştəri axını olan məkanlarda biometrik ödənişlərin tətbiqi əməliyyat müddətinin qısaldılmasına, xidmət proseslərinin optimallaşdırılmasına və fiziki ödəniş vasitələrindən asılılığın azaldılmasına şərait yaradır. Həll həm istifadəçilər üçün daha çevik və rahat ödəniş təcrübəsi, həm də biznes subyektləri üçün xidmət proseslərinin rəqəmsallaşdırılması baxımından yeni imkanlar təqdim edir.
SİMA Pay istifadəçinin simasını rəqəmsal ödəniş vasitəsinə çevirməklə maliyyə texnologiyaları sahəsində yeni yanaşma formalaşdırır. Biometrik identifikasiya ilə ödəniş texnologiyalarının vahid həll çərçivəsində birləşdirilməsi nağdsız ödənişlərin genişləndirilməsinə, müasir xidmət modellərinin formalaşmasına, maliyyə sektorunda innovasiyaların tətbiqinə və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verir.
Layihənin linki
sima.az
Digər linklər
SİMA Pay nədir?
Üztanıma ilə ödənişlərin həyata keçirilməsi