Layihə haqqında
Run With Me: birlikdə qaçmaq platformasıProblemİnsanlar qaçmağa başlayır, amma çoxu tez tərk edir. Səbəb plan və ya tətbiq çatışmazlığı deyil, yanında qaçacaq adamın olmamasıdır. Tək qaçmaq çətindir, motivasiya tez sönür. Mövcud tətbiqlər qaçışı sadəcə qeydə alır, amma insanları bir-biri ilə tanış etmir.Run With Me qaçanları sürətinə, məqsədinə və maraqlarına uyğun qaçış yoldaşları, yerli klublar və tədbirlərlə birləşdirən sosial platformadır. İnsan tək qalmır, ona uyğun partnyoru tapır, kluba qoşulur, qrup qaçışlarında iştirak edir. Streak, challenge, liderlik cədvəli və məşq planları istifadəçini davamlı geri gətirir.Tətbiq iOS və Android üçün canlıdır, 9 dildə işləyir və tam öz komandamız tərəfindən hazırlanıb. Əsas funksiyalar: partnyor uyğunlaşdırması, qaçış klubları, tədbirlər, GPS qaçış izləməsi, marşrutlar, məşq planları və süni intellektlə qaçış analizi.İki ay ərzində, tamamilə üzvi şəkildə (ödənişli reklam olmadan):2000+ istifadəçi, 48 ölkə20 000-dən çox qaçış, 87 000-dən çox kilometr24 aktiv qaçış klubuReal tədbirlər və qrup qaçışları
Layihənin linki
runwithme.live
Digər linklər
App store
Play store