Layihə haqqında
Qızılal Azərbaycanda qızıl zərgərlik mağazaları üçün ixtisaslaşmış onlayn marketplace-dir. Alıcı məmulatları onlayn axtarır, əyar, çəki və qiymətə görə müqayisə edir, mağaza ilə birbaşa zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlayır.
Əsas problem: qızıl qiyməti hər gün dəyişir, mağazaların onlayn elanları isə tez köhnəlir. Qızılal bunu belə həll edir:
• Əyar qiyməti: mağaza hər əyar üçün 1 qramın qiymətini yazır, həmin əyardakı bütün elanların qiyməti avtomatik yenilənir.
• Canlı qızıl qiyməti: dünya bazarına əsasən hər əyarın qiyməti dəqiqəbaşı yenilənir; kalkulyator və gündəlik arxiv var.
• Mağaza kabineti: baxış, zəng və WhatsApp statistikası (bot filtri ilə), paketlər, VIP və İrəli çək xidmətləri.
• Ağıllı axtarış: sinonim və şəkilçi dəstəyi, "585" kimi sorğular avtomatik filtrə çevrilir.
• Alıcı üçün alətlər: üzük ölçüsü aləti, qızıl kalkulyatoru, əyar, damğa, qiymət və qulluq mövzusunda bloq.
Sayt mobil üçün qurulub: istifadəçilərin təxminən 75%-i mobildən gəlir. Kataloqda ~1 300 aktiv elan var. Əsas trafik mənbəyi Google axtarışıdır.
Növbəti mərhələ: iOS və Android mobil tətbiqi (təsdiq üçün göndərilib). Bundan əlavə, məmulatı kamerada öz əlində və ya üzərində görmək üçün virtual sınaq ("Əlində gör") funksiyası üzərində işləyirik: ilk prototip sınaqdan keçirilib, tətbiqlə birgə istifadəyə veriləcək.
Al Digital MMC, Bakı. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Startap" şəhadətnaməsinə malikdir.
Layihənin linki
qizilal.az
Digər linklər
Instagram
TikTok
YouTube
LinkedIn