Layihə haqqında
OtelPRO.az — Azərbaycanda turizm sektorunun rəqəmsal transformasiyasına dəstək vermək məqsədilə hazırlanmış, otellərin gündəlik fəaliyyətini vahid platformadan idarə etməyə imkan verən müasir, bulud əsaslı proqram təminatıdır.
Platforma otellərə, butik otellərə, hostellərə və digər yerləşdirmə obyektlərinə rezervasiyaları, otaq fondunu, qonaq qeydiyyatını, ödənişləri və maliyyə əməliyyatlarını mərkəzləşdirilmiş sistem üzərindən idarə etmək imkanı yaradır.
OtelPRO.az PMS (Property Management System), Kanal Meneceri (Channel Manager) və onlayn rezervasiya engini (Booking Engine) kimi əsas funksionallıqları birləşdirərək otel idarəçiliyinin avtomatlaşdırılmasını, rezervasiya proseslərinin sadələşdirilməsini və xidmət keyfiyyətinin yüksəldilməsini hədəfləyir.
Platformanın əsas məqsədi otel biznesində insan amilindən qaynaqlanan səhvləri minimuma endirmək, əməliyyat xərclərini azaltmaq, iş proseslərinin şəffaflığını artırmaq və müəssisələrin rəqəmsal mühitdə rəqabət qabiliyyətini gücləndirməkdir.
İstifadəçi rahatlığı, multidil interfeys və müasir bulud texnologiyaları prinsipləri əsasında inkişaf etdirilən OtelPRO.az həm kiçik, həm də böyük yerləşdirmə müəssisələrinin idarəetmə ehtiyaclarını qarşılamağa və Azərbaycanda turizm sektorunun texnoloji inkişafına töhfə verməyə yönəlmişdir.
Layihənin linki
otelpro.az