Layihə haqqında
Osmansoy insanların gündəlik həyatında daha düzgün maliyyə qərarları verməsinə dəstək olan rəqəmsal maliyyə savadlılığı və informasiya platformasıdır. Layihənin 2 ildən çoxdur ki, hər ay stabil olaraq 1 milyondan çox baxış toplaması yüksək aktivliyini və geniş rəqəmsal əhatəsini göstərir.Osmansoy səhifəsində maliyyə savadlılığı, qənaət, büdcə planlaşdırılması, pulun idarə olunması, investisiya, bank məhsulları və gündəlik maliyyə qərarları ilə bağlı faydalı məlumatlar sadə formada təqdim olunur. Xüsusilə az və orta gəlirli insanların gəlirlərini daha səmərəli idarə etməsi, qənaət imkanlarını artırması, xərclərini planlaşdırması və maliyyə qərarlarını daha düzgün qiymətləndirməsi üçün real həyat nümunələri və tətbiq oluna bilən tövsiyələr paylaşılır.Bununla yanaşı, vətəndaşların gündəlik həyatına təsir edən aktual iqtisadi və sosial xəbərlər, maliyyə yenilikləri və faydalı məlumatlar da sadə dildə izah edilərək geniş auditoriyaya çatdırılır.Osmansoy informasiya resursunun əsas məqsədi maliyyə savadlılığının artırılmasına və daha düzgün maliyyə davranışlarının formalaşmasına dəstək olmaqdır.
Layihənin linki
www.instagram.com