ncert.az – ölkədə kibertəhlükəsizlik sahəsində etibarlı, texniki və ekspertyönümlü məlumatların operativ şəkildə təqdim olunmasına xidmət edən rəsmi informasiya platformasıdır.
Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən yaradılan bu portalın əsas məqsədi dövlət qurumlarını, özəl sektor nümayəndələrini, mütəxəssisləri və geniş ictimaiyyəti rəqəmsal mühitdəki aktual təhdidlər barədə məlumatlandırmaq və qabaqlayıcı tədbirlərin görülməsinə dəstək olmaqdır.
Platformada kibertəhlükəsizlik üzrə ətraflı texniki araşdırmalar, praktiki maarifləndirici materiallar, dövri statistik göstəricilər, analitik hesabatlar, eləcə də geniş istifadə olunan proqram təminatlarında və sistemlərdə aşkar edilmiş təhlükəsizlik boşluqları (zəifliklər) və onların aradan qaldırılması yolları mütəmadi olaraq yayımlanır. Eyni zamanda, portal kiberinsidentlərə qarşı dayanıqlığın artırılması və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması istiqamətində vahid bilik bazası rolunu oynayır.