Layihə haqqında
Nanta AI — bir ideyadan tam filmə qədər: qlobal süni intellekt yaradıcılıq və marketinq platforması
Nanta AI dünya bazarına yönəlmiş, yaradıcılığı və marketinqi tək bir platformada birləşdirən süni intellekt həllidir. Bir reklam çarxı, klip və ya kampaniya üçün bu gün ssenarist, operator, rejissor, montajçı, dizayner, SMM menecer və targetoloqdan ibarət komanda lazımdır. Nanta AI bu prosesin hamısını avtomatlaşdırır.
Bir ideyadan tam film və klip. İstifadəçi yalnız ideyasını yazır. Nanta AI Agent bu ideyadan ssenari qurur, əsas personajların hər bucaqdan görünüşünü və məkanları yaradır, səhnələri Seedance və digər aparıcı video modelləri ilə çəkir. Sonra filmə uyğun musiqi bəstələyir, kinematoqrafik səs effektləri əlavə edir və montajı tamamlayır. Personaj və məkan bütün səhnələrdə eyni qalır. Nəticədə çəkiliş, studiya və prodakşn komandası olmadan kino keyfiyyətində film, reklam çarxı və ya musiqi klipi hazır olur.
Əsas imkanlar:
AI Video. Seedance 2 və 2.5 daxil olmaqla dünyanın ən güclü video modelləri bir yerdədir: 4K-a qədər keyfiyyət, 30 saniyəyə qədər səhnə, dialoqlu və musiqili səsli video. Foto, video və audio referanslarla işləyir.
AI Foto və dizayn. Professional reklam posterləri, məhsul fotoları və kampaniya dizaynları istənilən dildə düzgün mətnlə, brendin rəngi və üslubu ilə hazırlanır.
AI Rejissor. Video redaktorun içində işləyən süni intellektdir. Musiqinin ritminə uyğun montaj edir, sürət effektləri, rəng və altyazılar əlavə edir, bəyənilən istənilən videonun montaj üslubunu öz kadrlarınızla təkrarlayır.
Sosial media idarəetməsi. Bir neçə Instagram hesabını bir yerdən idarə edir: postları planlayır, dizayn edir, mətnini yazır və avtomatik paylaşır. Comment → DM bot şərh yazan hər kəsə saniyələr içində Direct-də cavab verir.
AI Targetoloq. Meta reklamlarını (Instagram, Facebook, WhatsApp, Messenger) avtomatik qurur, hər 2 saatdan bir nəticəni yoxlayır, baha işləyən reklamı dayandırır və büdcəni ən yaxşı nəticəyə yönəldir.
Nanta Computer və MCP inteqrasiyası. Strategiya, araşdırma və kontent üçün AI iş məkanıdır. Nanta alətləri ChatGPT, Claude və Cursor kimi platformalardan birbaşa istifadə oluna bilir.
Qlobal məhsul. Nanta AI əsasən beynəlxalq bazarda təmsil olunur: platforma 7 dildə işləyir, beynəlxalq ödəniş sistemləri ilə dünyanın istənilən ölkəsindən istifadə olunur. İstifadəçinin hansı dildə yazmasından asılı olmayaraq kontent onun bazarının dilində hazırlanır.
Fərqimiz: başqa platformalar yalnız şəkil və ya video yaradır. Nanta AI isə ideyadan hazır filmə, filmdən paylaşıma, paylaşımdan reklama və müştəriyə qədər bütün yolu bir platformada keçir. Hər alət bir məqsəd üçün öyrədilib: real nəticə və real müştəri axını.
Layihənin linki
nanta.pro