Layihə haqqında

Music Universe pulsuz və reklamsız rəqəmsal musiqi platformasıdır (PWA). İnterfeysi əsasən Azərbaycan dilindədir, telefonda və kompüterdə brauzerdən işləyir, quraşdırma tələb etmir. Musiqi YouTube-un yerləşdirilmiş pleyeri ilə göstərilir, fayllar serverdə saxlanmır. İstifadəçi mahnıları dinləyir, playlist və sevimlilər toplayır, dostlarının nə dinlədiyini görür və öz dinləmə məlumatını alır: oynatma sayı, dəqiqə, ən çox dinlənən mahnılar və paylaşıla bilən “Ən çox dinlədiklərim” xülasə kartı. Faydalılıq: dinləmək üçün qeydiyyat tələb olunmur, Google ilə girişlə dostlar, söhbət və profil statistikası açılır. İnnovativlik: bildiriş panelindən və kilid ekranından idarə, YouTube başlıqlarının avtomatik təmizlənməsi (“Official Video” kimi artıqlar silinir, ifaçı və mahnı adı ayrılır), mahnı və xülasə şəkil kartları, ehtiyat nüsxənin ixracı və idxalı. İstifadə rahatlığı: telefon və kompüterə uyğun interfeys, tempo, ekvalayzer, yuxu taymeri, PWA kimi quraşdırma. Funksionallıq: playlist, sevimlilər, dinləmə tarixçəsi, dostlar, söhbət, “indi çalınır”, profil statistikası. Dayanıqlıq: service worker ilə oflayn rejim, Vercel infrastrukturu. Təhlükəsizlik: Google (Firebase Authentication) ilə giriş, HTTPS, açıq məxfilik siyasəti və müəllif hüquqları səhifəsi.
Layihənin linki
cahsmusic.vercel.app
Digər linklər
Məxfilik Siyasəti Müəllif Hüquqları İstifadə Şərtləri

Music Universe

Yaradılıb: Oct 16, 2026
Qurucu
Allahşükür Rəhimli
Allahşükür Rəhimli
Layihənin kateqoriyası
İlin rəqəmsal media və informasiya resursu