Motoro.az

Layihə haqqında

Motoro.az süni intellektlə işləyən yeni nəsil avtomobil platformasıdır. Adi elan saytlarından fərqli olaraq, Motoro alıcıya düzgün avtomobili seçməyə, satıcıya isə daha tez və ədalətli qiymətə satmağa kömək edir. AI DAYDAY axtarışı ilə istifadəçi istədiyini adi dildə yazır, məsələn Bakıda 20 min manata qədər avtomat və qənaətcil sedan, süni intellekt isə bunu filtrlərə çevirib uyğun elanları tapır. Şəkillə axtarışda gördüyünüz avtomobilin şəklini yükləmək kifayətdir, AI marka və modeli tanıyıb satışdakı elanları göstərir. Tanıma modeli yerli bazarın fotoları üzərində öyrədilib. AI maşın seçimi məsləhətçisi büdcənizə, ailənizə və istifadə məqsədinizə görə real elanlar əsasında uyğun modelləri səbəbləri ilə tövsiyə edir. Hər elanda AI usta rəyi modelin zəif yerlərini, tipik nasazlıqlarını və alışdan əvvəl nəyə baxmaq lazım olduğunu göstərir. Bazar qiyməti indeksi hər model üzrə 12 aylıq qiymət dinamikasını göstərir, orta qiymət kalkulyatoru isə ədalətli qiyməti müəyyən etməyə kömək edir. Platformada həmçinin VIN yoxlama, kredit kalkulyatoru, avtomobillərin müqayisəsi və elanların azərbaycan, rus və ingilis dillərinə avtomatik tərcüməsi var. Avtosalonlar üçün AI analitik satış statistikasını izləməyə, süni intellektdən biznes brifinqi almağa, ona suallar verməyə və elan mətnlərini təkmilləşdirməyə imkan verir. Məqsədimiz Azərbaycanda avtomobil alqı-satqısını şəffaf, ağıllı və etibarlı etməkdir.
Layihənin linki
motoro.az
Digər linklər
Instagram Linkedin

Motoro.az

Yaradılıb: Nov 10, 2026
Qurucu
Arif Ahmadli
Arif Ahmadli
Layihənin kateqoriyası
İlin rəqəmsal biznes və e-ticarət həlli