Layihə haqqında
Marbanio — influenser marketinqini hər biznes üçün əlçatan edən innovativ rəqəmsal platformadır.
Bu gün influenser marketinqi yalnız böyük brendlərin deyil, mikro, kiçik və orta sahibkarların da əsas reklam alətlərindən birinə çevrilir. Marbanio bu sahədə yeni imkanlar yaradır: şirkətlər tək bir platforma vasitəsilə, olduqca münasib büdcə ilə onlarla influenserin iştirak etdiyi reklam kampaniyaları həyata keçirə bilirlər.
Məqsədimiz influenser marketinqini lüks xidmətdən hər bir biznesin istifadə edə biləcəyi güclü və əlçatan reklam imkanına çevirməkdir. Sosial şəbəkələrdə fəaliyyət göstərən hər bir şirkət Marbanio-nun potensial müştərisidir.
Layihənin linki
marbanio.com