Layihə haqqında
Ritmini tanı. Hər gün yeni bir sən.LunaList süni intellektlə gücləndirilmiş, elmi mənbələrə əsaslanan qadın sağlamlığı tətbiqidir. Qadınlara menstruasiyanı, ovulyasiyanı, hamiləlik planını, hamiləliyi, həb qəbulunu, PCOS/endometriozu və menopauzanı bir tətbiqdə izləməyə kömək edir. Tətbiq və sayt Azərbaycan, ingilis, rus və türk dillərində tam işləyir. iPhone və Android üçün pulsuzdur, reklamı yoxdur.Yanaşma və potensialLunaList üzərində aylarla işləmişik. Tətbiq dünyadakı əsas rəqiblərin (Flo, Clue və s.) ətraflı təhlili əsasında hazırlanıb və onların zəif tərəflərini (ümumi şablonlar, izahsız proqnozlar, məxfilik problemləri) aradan qaldırmaq məqsədi daşıyır. Tətbiqdəki hər şey qadınlar üçün, onların ehtiyacları və həssaslıqları nəzərə alınaraq dizayn edilib. 4 dildə tam işləməsi LunaList-ə Azərbaycandan kənarda, qlobal bazarda böyümək üçün çox böyük potensial verir.Hansı problemi həll edirAzərbaycan dilində qadın sağlamlığı haqqında etibarlı, elmi əsaslı məlumat azdır. Qadınlar həssas suallarını çox vaxt çəkindikləri üçün heç kimə verə bilmir. Çox tsikl tətbiqi isə hər kəsə eyni 28 günlük şablonu tətbiq edir, nəticənin səbəbini izah etmir, bəziləri həssas sağlamlıq məlumatlarını reklam üçün istifadə edir. LunaList bu boşluqları bir platformada bağlayır.Faydalılıq- Elmi mənbələrdən götürülüb Azərbaycan dilinə tərcümə olunmuş məqalələr tətbiqdə və saytda pulsuz oxunur. Hər məqalədə istinad edilən elmi mənbələr göstərilir.- Qadınlar həssas suallarını anonim verib təsdiqlənmiş mütəxəssislərdən (ginekoloq, endokrinoloq və s.) cavab ala bilir.- Qeydlərini ixrac edib həkimə göstərə bilir: həkim üçün hazır PDF hesabatı var.- Proqnozlar istifadəçinin öz tsikllərinə görə hesablanır və hər tövsiyənin səbəbi yazılır. Həkimə getmək lazım olanda tətbiq bunu açıq bildirir.- Saytın özündə də pulsuz imkanlar var: qeydiyyat tələb etməyən ovulyasiya kalkulyatoru (ovulyasiya günü, münbit günlər, növbəti menstruasiya), qadın sağlamlığı haqqında məqalələrdən ibarət bloq, Flo və Clue ilə müqayisə səhifəsi və ətraflı suallar bölməsi.İnnovativlik- Süni intellektlə gücləndirilmiş fərdi tövsiyələr və "Günün xülasəsi": istifadəçinin öz qeydlərinə əsasən tsiklin harasında olduğunu, nə gözlənildiyini, niyə və nəyə əsasən olduğunu izah edir.- Məxfilik qorunur: AI-a yalnız son 7 günün qeydləri, ad və əlaqə məlumatı olmadan göndərilir.- Tətbiqin işləmə qaydası elmi araşdırmalara əsaslanır (npj Digital Medicine 2019, Apple Women's Health Study 2023 və s.) və bu mənbələr saytda açıq göstərilir.- Sakit rejim: yanınızda kimsə olanda rənglər, mərhələ adları və tarixlər gizlənir, bildirişlər susur.Auditoriya və istifadə miqyası- 2026-cı ildə istifadəyə verilən tətbiqə istifadəçi marağı yüksəkdir və auditoriya sürətlə böyüyür.- 4 dil (Azərbaycan, ingilis, rus, türk) tətbiqi Azərbaycan, Türkiyə, rusdilli və ingilisdilli bazarlar üçün əlçatan edir.- İstifadəçilər tətbiqə təbii yolla, sosial media reklamları və Google axtarışları vasitəsilə gəlir.- 13 yaşdan yuxarı istifadəçilər üçündür, 13–17 yaş üçün xüsusi qorunan rejim var.İstifadəçi rahatlığı- Bütün dizayn qadınlar üçün, həssaslıqla hazırlanıb: sakit və mühakiməsiz dil, lazımsız həyəcan yaradan xəbərdarlıq yoxdur. Qırmızı xəbərdarlıq yalnız həkimə getmək lazım olanda görünür.- Gündəlik qeyd bir toxunuşla edilir.- Əsas düymələr ekranın aşağı hissəsindədir, tətbiqi bir əllə rahat istifadə etmək olur.- Məqsədi istənilən vaxt dəyişmək olar, köhnə qeydlər silinmir.Funksionallıq- 6 məqsəd: menstruasiya izləmə, hamilə qalmaq, hamiləlik, həb xatırlatması, PCOS/endometrioz, menopauza.- Anonim sual-cavab icması: yazılar həm avtomatik, həm də moderatorlar tərəfindən yoxlanılır. Qərarla razı olmayan istifadəçi etiraz edə bilər, etiraza başqa moderator baxır.- Həkim, mama, psixoloq, diyetoloq kimi mütəxəssislər üçün təsdiqlənmiş ekspert profili proqramı.- Məlumat ixracı: qeydlər, profil və icma yazıları pulsuz JSON faylı kimi yüklənir. CSV və həkim üçün PDF LunaList Pro-dadır.- Oflayn işləyir, internet qayıdanda qeydlər sinxronlaşır.- Tibbi terminləri sadə dildə izah edən lüğət var.Güvənlilik və dayanıqlıq- Məlumatlar satılmır, reklam yoxdur.- Tətbiqə hesab açmadan başlamaq olar. Məlumatları qorumaq üçün Apple və ya Google hesabını sonradan bağlamaq mümkündür.- Məlumatlar ötürülərkən TLS ilə şifrələnir. Hesab silinəndən 14 gün sonra sağlamlıq və profil məlumatları həmişəlik silinir.
Layihənin linki
lunalist.app
Digər linklər
App store
Play store
Instagram
TikTok