Layihə haqqında
SIRR (Security Information Risk Registry) — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 411 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydanın tələbləri nəzərə alınmaqla hazırlanmış, dövlət qurumlarında informasiya təhlükəsizliyi risklərinin vahid və sistemli şəkildə idarə olunmasını təmin edən rəqəmsal platformadır.
Platforma informasiya sistemləri üzrə risklərin müəyyən edilməsi, qeydiyyatı, qiymətləndirilməsi, monitorinqi və idarə olunması proseslərini vahid mühitdə mərkəzləşdirir. SIRR risk səviyyələrinin izlənilməsinə, risklərin azaldılması üzrə tədbirlərin nəzarətdə saxlanılmasına və müvafiq hesabatların formalaşdırılmasına imkan yaradır.
Platformanın əsas məqsədi informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi proseslərini rəqəmsallaşdırmaq, normativ tələblərin icrasını asanlaşdırmaq və dövlət qurumlarında bu sahədə vahid, sistemli və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır.
Layihənin linki
sirr.cyber-on.az